iqna

IQNA

Cənnət nəğməələri
İQNA - İslam Peyğəmbəri (s) buyurur: “Hər kim Qurana qulaq asarsa, Allah ona hər sözə görə bir xeyir yazar və o, Quran oxuyan və (Cənnətdə) yüksələnlər arasında olar”. Allahın könüloxşayan kəlamını dinləmək, dinləyiciyə Allahın rəhmətini qazandıran bir ibadətdir. “İQNA”, İslam dünyasının tanınmış qarilərinin yaddaqalan qiraətlərdən “Cənnət nəğmələri” toplusunu hazırlayıb nəşr edib. Aşağıda mərhum misirli qari Mustafa İsmayılın “Haqqə” surəsindən etdiyi qiraətini eşidəcəksiniz.
Xəbər sayı: 3498114    Nəşr tarixi : 2025/05/02

Quran surələri / 69
“Əl-Haqqə” qiyamət gününün adlarından biri olub, müəyyən, qəti və həqiqi olan bir şey deməkdir; Bu ad qiyamət gününü inkar edən insanlara işarə edir. Buna əsasən, orada qiyamət gününü inkar edənləri hədələməklə yanaşı, onların qiyamətdəki vəziyyətlərinin vəsfi də təqdim olunub.
Xəbər sayı: 3493962    Nəşr tarixi : 2023/04/04